26 Aprel 2024
"Azərbaycan – İsrail –Rusiya dinlərarası beynəlxalq dostluq konfransı" Türkiyə mediasında geniş İŞIQLANDIRILDI - FOTOLAR

"Azərbaycan – İsrail –Rusiya dinlərarası beynəlxalq dostluq konfransı" Türkiyə mediasında geniş İŞIQLANDIRILDI - FOTOLAR

19 İyul 2021
Baxış: 3420

Azərbaycan, İsrail, Gürcüstan və Rusiya təmsilçiləri Azərbaycanın paytaxtı Bakıda "Azərbaycan-İsrail-Rusiya dinlərarası beynəlxalq dostluq konfransı"nda toplaşıbılar.

Bakü'de “Azerbaycan - İsrail - Rusya" dinler arası uluslararası dostluk konferansı düzenlendi

Konfransda Azərbaycan Gənc Diplomatlar Birliyi, Rusiya Yəhudi Gənclər Təşkilatı (ALEF), İsrailin Bakıdakı səfirliyi, Azərbaycan Milli Məclisi, Azərbaycan Dağ Yəhudiləri İctimai Birliyi, Azərbaycan Yəhudi Media Mərkəzi, Aşkenaz və Gürcü Yəhudi Birlikləri, Dağ Yəhudiləri Muzeyi, və İsrail-Azərbaycan (Azİz) Beynəlxalq Assosiasiyasının nümayəndələri iştirak ediblər.

Prezident İlham Əliyevin liderliyində "Dinlərarası dialoq" üçün uğurlu addımlar...

Məsələ ilə bağlı konfransın təşkilatçılarından olan Azərbaycan Gənc Diplomatlar Birliyinin Baş Katibi Əlibəşir Əliyev "dikGAZETE"yə xüsusi açıqlama verib.

O, qeyd edib ki mərasimdə konfrans iştirakçıları Prezident İlham Əliyevin öndərliyində Azərbaycan dövlətinin dinlərarası dialoqu inkişaf etdirmək üçün böyük səy göstərdiyini və bununla bağlı uğurlu addımlar atıldığını bildiriblər. Birliyin Baş Katibi artıq bu səylərin dünya birliyi tərəfindən təqdirlə qarşılandığını vurğulayıb.

Əlibəşir Əliyev bildirib ki, Azərbaycanda bütün dinlərin və xalqların təmsilçilərinin sülh və dostluq şəraitində yaşadığı konfransda xüsusi nəzərə çatdırılıb.

Konfransda həmçinin, Azərbaycanla İsrail arasındakı siyasi-iqtisadi, ticarət, turizm, humanitar və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Konfrans iştirakçıları Ermənistanla 44 günlük müharibədə həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan İsrail münasibətləri daha da inkişaf edəcək...

Media nümayəndələrini suallarını cavablandıran İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib ki, Azərbaycan-İsrail münasibətləri daha da inkişaf edəcək. Səfir həmçinin erməni işğalından azad edilmiş Şuşa şəhərini ziyarət edən ilk İsrail səfiri olmaqdan qürur duyduğunu da diqqətə çatdırıb.


Beynəlxalq Dağ Yəhudiləri Yardım Vəqfi (STMEGI) ve ALEF-in təmsilçisi Abram İxiilov isə bu cür konfransların dünya sülhü və dostluğu üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

AJMEDİA.İNFO