26 Aprel 2024
"Azərbaycan-Ermənistan sərhədində müşahidəçi kimi İsrail də olacaq" - Ermənilər narahatdır

"Azərbaycan-Ermənistan sərhədində müşahidəçi kimi İsrail də olacaq" - Ermənilər narahatdır

03 İyun 2021
Baxış: 1917

Suriya Ermənistanla müqayisədə istirahət zonasını xatırladacaq. İrəvanın beynəlxalq müşahidəçilərin Azərbaycanla sərhəddə yerləşdirilməsinə dair təklifi siyasi ekspert dairələrinin kəskin tənqidinə səbəb olub. Maraqlıdır ki, qərbpərəst və ya rusiyapərəst istiqamətdən asılı olmayaraq, ekspertlərin əksəriyyəti bu təşəbbüsün məhz Ermənistan üçün ciddi risklərlə nəticələnə biləcəyi qənaətindədirlər.

AJMEDİA.info xəbər verir ki, bu fikirlərlə erməni hərbi ekspert Karen Vrtanesyan çıxış edib.

“Hamımız dugünki Suriyanın fotoşəkillərini, nə gündə olduğunu görmüşük. Amma unutmaq olmaz ki, cəmi 11 il əvvəl Suriya çiçəklənən bir dövlət idi... Əgər düşünürsünüzsə ki, Ermənistanda belə şey mümkün deyil, bir də düşünün. Bizim hələ itirəsi çox şeyimiz var.

Bu tipli müşahidə missiyasının bu regiona gəlməsi Ermənistanın başqa sərhədlərində də eyni məsələnin meydana çıxa biləcəyi anlamına gəlir. Bu, çox təhlükəli təklifdir və onun nəticələri Ermənistan üçün faciəvi ola bilər", - deyə ekspert qeyd edib.

Vartanesyan əmindir ki, Ermənistan bu gün fundamental böhran qarşısındadır.

Digər erməni ekspert, tanınmış politoloq Stepan Danielyan isə belə bir fikirdədir ki, Ermənistan sərhədində ATƏT-in Minsk Qrupunun müşahidəçiləri haqqında təklif Rusiyaya qarşı şantajdır.

Bundan başqa, Danielyan əmindir ki, bu prosseslərin reallaşacağı təqdirdə, müşahidəçilər ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin nümayəndələri ilə kifayətlənməyəcək:

“Cəsədin olduğu yerdə həmişə qartallar yığışar… Müşahidəçilərin tərkibinə Rusiya, ABŞ, Fransa, İran, Türkiyə, Çin, Hindistan, Böyük Britaniya və İsrail daxil olacaq. Bütün bunların necə olacağını isə zaman göstərəcək”, - deyə erməni politoloq vurğulayıb.(axar.az)