16 İyun 2024
Avropanın 3 ölkəsi Fələstini müstəqil dövlət kimi TANIYACAQ

Avropanın 3 ölkəsi Fələstini müstəqil dövlət kimi TANIYACAQ

22 May 2024
Baxış: 266

İspaniyanın Baş naziri Pedro Sançes Deputatlar Konqresində çıxışı zamanı Fələstinin müstəqil dövlət kimi tanındığını açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, onun sözlərinə görə, iki dövlətli həll yeganə “ədalətli və davamlı” həll yoludur. Yaxın Şərqdəki münaqişənin həlli üçün İsrail və Fələstin danışıqlar masasına oturmalıdır.

Oxşar qərarı İrlandiyanın Baş naziri Saymon Harris və Norveçin Baş naziri Yonas Qar Störe də açıqlayıb.

Bu məsələ ilə bağlı rəsmi sənədlər mayın 28-dən qüvvəyə minəcək.

İsrail Xarici İşlər Nazirliyi bu bəyanatlara cavab olaraq bu ölkələrdəki səfirlərini məsləhətləşmələr üçün geri çağıraraq, Fələstini tanımaq qərarına gələnlər üçün ağır nəticələr vəd edib.

Avropa ölkələri arasında bu ana qədər Fələstinin müstəqilliyi müxtəlif illərdə Bolqarıstan, Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya, Slovakiya və İsveç tərəfindən tanınıb. Ümumilikdə BMT-nin 193 ölkəsindən 143-ü Fələstini ayrıca dövlət hesab edir.(Sfera.az)