04 İyul 2024
Artıq bu şəxslər də sosial yardım ALA BİLƏCƏKLƏR - RƏSMİ

Artıq bu şəxslər də sosial yardım ALA BİLƏCƏKLƏR - RƏSMİ

03 İyun 2024
Baxış: 279

"Sosial yardımın əhatə dairəsi genişləndiriləcək".

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov brifinqdə çıxışı zamanı deyib.

"Muzdla işləməyən şəxslər də sosial yardım proqramına müraciət edə biləcəklər. Bundan sonra ünvanlı sosial yardım üçün müraciət zamanı ailəni təmsil edən şəxslərdən ailə üzvlərinə dair bir sıra məlumatların qeyd edilməsi tələb olunmayacaq", - H.Məmişov qeyd edib.

Sədr, həmçinin, ailənin maddi-məişət şəraiti yoxlanarkən bir sıra məlumatların "Ərizə-bəyannamə"də düzgün qeyd olunmadığı müəyyən edildikdə həmin məlumatlara düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanının yaradıldığını da vurğulayıb.

Himalay Məmişov bildirib ki, hazırda 270 minə yaxın şəxs ünvanlı sosial yardım paketi ilə əhatə olunub.(oxu.az)