12 May 2024
Antiterror tədbirləri zamanı ağır yaralanan polis şəhid oldu - FOTOLAR

Antiterror tədbirləri zamanı ağır yaralanan polis şəhid oldu - FOTOLAR

06 Oktyabr 2023
Baxış: 620

Qarabağda antiterror tədbirləri zamanı yaralanan qazimiz şəhid olub.

AJMEDİA.İNFO xəbər verir ki, Sabirabad rayonu, Ulacalı kəndində doğulub boya-başa çatmış Əzizbəy Etibar oğlu Muradov bu gün səhər saatlarında müalicə aldığı hospitalda dünyasını dəyişib.

Antiterror əməliyyatları zamanı yaralanan Əzizbəy Muradov Çevik Polis Alayının polis nəfəri idi.

O, 44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş və Ali Baş Komandan tərəfindən beş medalla təltif olunmuşdu.

Asəf Zeynallı adına Musiqi kollecinin qarmon şöbəsində təhsil alan Əzizbəy Şuşa azad olunanda öz qabiliyyətini pianinoda “Qarabağ şikəstəsi” ifa etməklə göstərmişdi.

Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.

Xatırladaq ki, şəhidin atası Etibar Muradov Birinci Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillərinə Qayğı İB-nin üzvüdür.