BTC ilə hansı ölkələrin nefti daşınır? – Müəmmalı statistika
4 saat əvvəlAllahşükür Paşazadə: “Azərbaycan dövləti erməni vətəndaşları üçün bütün şəraiti yaradacaq”
13 İyun 2022
Baxış: 583
“Azərbaycan multikultural dövlətdir. Ölkədə bütün dinlərin nümayəndələri azaddırlar, hər bir şərait yaradılıb”.
AJMEDIA.INFO xəbər verir ki , bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə REAL TV-yə müsahibəsində deyib.
A.Paşazadə qeyd edib ki, bu şərait erməni əsilli vətəndaşlar üçün də var: “Bakıda yaşayan ermənilər mövcud qanunlardan istifadə edirlər. Kilsələr təmir olunur, mədəniyyətləri, kitabları qorunur. Ermənilər xarici təsirlərə uymamalıdırlar. Bilsinlər ki, gec-tez Azərbaycan xalqı ilə birlikdə yaşayacaqlar. Azərbaycan onlar üçün bütün şəraiti yaradacaq. Şuşada məscid tikilirsə, kilsə də təmir olunur. Çağırış edirəm, ermənilər revanşist addımlardan əl çəksinlər”. Gundem.Media