09 May 2024
Aİ səfirləri Belarusa qarşı daha sərt sanksiyalarla bağlı razılığa gəliblər

Aİ səfirləri Belarusa qarşı daha sərt sanksiyalarla bağlı razılığa gəliblər

26 İyul 2023
Baxış: 439

Aİ-dəki Daimi Nümayəndələr Komitəsi (Coreper) daha sərt anti-Belarus sanksiyaları ilə bağlı razılığa gələ biliblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İspaniyanın Avropa İttifaqı Şurasına sədrliyi Twitter-də məlumat yayıb.

"Bu gün Aİ səfirləri Belarusdakı vəziyyət və Belarusun Rusiyanın Ukraynaya təcavüzündə iştirakını nəzərə alaraq məhdudlaşdırıcı tədbirlər görməyə razılaşıblar". O qeyd edir ki, “tədbirlər fiziki və hüquqi şəxslərin [sanksiya] siyahısına daxil edilməsini nəzərdə tutur”.