27 Aprel 2024
Aeroport yolunda mikroavtobus qəza törədib

Aeroport yolunda mikroavtobus qəza törədib

16 Oktyabr 2021
Baxış: 3778

Bakıda hava limanı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Mərdəkan istiqamətində, Bakı Olimpiya Stadionunun qarşısında qeydə alınıb.

Belə ki, "Mercedes Sprinter" markalı mikroavtobus yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, mikroavtobus və elektrik dirəyinə ciddi ziyan dəyib.

Qəzanın baş vermə səbəbi araşdırılır.(Report.az)