09 May 2024
ABŞ səfiri Azərbaycandakı vəziyyətdən niyə narahatdır?

ABŞ səfiri Azərbaycandakı vəziyyətdən niyə narahatdır?

18 Fevral 2022
Baxış: 668

ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilən Demokratiya Sammitinə Azərbaycan və Türkiyənin dəvət olunmaması istiqamətində gedən müzakirələr hələ də səngiməyib. Demokratiya Forumunun iştirakçıları bu və ya digər ölkədə demokratiyanın vəziyyəti nəzərə alınmaqla seçilib.

“Ümid edirik ki, gələcəkdə Azərbaycan da iştirakçılar arasında olacaq, amma bunun üçün əsas azadlıqlar, vətəndaş cəmiyyətinin imkanları, insan hüquqlarına hörmət kimi məsələlərdə müəyyən irəliləyiş olmalıdır”, bu barədə çərşənbə günü keçirilən brifinqdə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.

Ermənistanın foruma dəvət olunmasının, Azərbaycanın isə dəvət olunmamasının səbəbi barədə suala cavabda diplomat qeyd edib ki, dəvət müəyyən demokratik islahatların mövcudluğundan asılı idi. Bu, ölkənin bu və ya digər siyasi təşkilata üzvlüyündən asılı deyildi.

“Media haqqında” yeni qanunun qəbul edilməsi forması “məyusluq” doğurur. Qanun layihəsi üzərində iş zamanı sənədin təkmilləşdirilməsi məqsədilə bütün maraqlı tərəflərin fikirləri və ekspertlərin təklifləri nəzərə alınmayıb. ABŞ səfirliyi hökumət rəsmiləri, KİV və jurnalistlərlə sıx əlaqədədir. “Biz narahatlığımızı açıq-aşkar dilə gətirdik. Çox şey bu qanunun təcrübədə necə tətbiq ediləcəyindən asılı olacaq. Hakimiyyət ondan mətbuat azadlığını məhdudlaşdırmaq üçün istifadə etsə, bu, çox məyus edəcək. Amma hakimiyyət qanundan vəd etdiyi kimi - mətbuatın səviyyəsini və jurnalistlərin peşəkarlığını artırmaq üçün istifadə etsə, başqa məsələ”, - deyə səfir bildirib...

YeniMusavat