12 May 2024
ABŞ-nin Qəzza ilə bağlı qətnaməsi BMT-də: Qəbul olunsa...

ABŞ-nin Qəzza ilə bağlı qətnaməsi BMT-də: Qəbul olunsa...

21 Mart 2024
Baxış: 276

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağında dərhal atəşkəs və israilli girovların azad edilməsini tələb edən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına (TŞ) təqdim edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Blinken deyib ki, Birləşmiş Ştatların hazırda Vaşinqtonun irəli sürdüyü bir qətnaməsi var, o , BMT Təhlükəsizlik Şurasında nəzərdən keçirilir.

“Bu, dərhal atəşkəs və girovların azad edilməsini tələb edir və biz çox ümid edirik ki, ölkələr bunu dəstəkləyəcək”, - dövlət katibi qeyd edib.

Bundan əvvəl Blinken ABŞ-nin Dövlət Departamentinin Rəfahda mümkün genişmiqyaslı quru əməliyyatını dəstəkləməyəcəyini bildirmişdi. Dövlət Departamenti rəhbərinin sözlərinə görə, yerli əhalini şəhərdən təhlükəsiz şəkildə çıxarmaq üçün heç bir yol yoxdur və quru əməliyyatı onları “dəhşətli təhlükə” qarşısında qoyacaq.

Məlumat üçün bildirək ki, Rəfah Fələstin anklavının ən cənub yaşayış məntəqəsidir, Fələstin-İsrail müharibəsinin başlaması ilə anklavın şimalındakı Qəzza və digər şəhərlərin sakinləri buradan qaçıblar.(sfera.az)