27 Aprel 2024
ABŞ-da təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

ABŞ-da təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

19 Oktyabr 2021
Baxış: 457

ABŞ-ın Texas ştatının Hyuston şəhərinin qərbində 21 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "ABC" televiziya şirkətinin yerli şöbəsi məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər yaralanıb.

Qəza yerindən çəkilən görüntülər yanğın nəticəsində təyyarənin gövdəsinin demək olar ki, tamamilə məhv olduğunu göstərir.

Qəzanın səbəbləri barədə məlumat verilməyib.