26 Aprel 2024
ABŞ-da helikopter təyyarə ilə toqquşub, ölənlər var

ABŞ-da helikopter təyyarə ilə toqquşub, ölənlər var

01 Oktyabr 2021
Baxış: 2427

ABŞ-ın Arizona ştatında helikopterlə təyyarənin toqquşması nəticəsində 2 nəfər ölüb.

AJMEDİA.İNFO RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə ABC15 telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Təyyarə və helikopter Çandler Hava Limanı yaxınlığında havada toqquşub. Toqquşmadan sonra helikopter qəzaya uğrayaraq yanıb və içərisində olan iki nəfər ölüb.