26 Aprel 2024
2 yaşlı qızını qətlə yetirən ana: "Cinlər dedi ki, cəhənnəmə gedəcək" - FOTOLAR

2 yaşlı qızını qətlə yetirən ana: "Cinlər dedi ki, cəhənnəmə gedəcək" - FOTOLAR

18 İyun 2021
Baxış: 736

Türkiyənin Tekirdağ bölgəsində dəhşətli hadisə qeydə alınıb.

AJMEDİA.info Türkiyə mediasına istinadən xəbər verir ki, ana Ümmühan Dumanlıoğlu 2 yaşlı qızını ikinci mərtəbənin balkonundan aşağı atıb.

Azyaşlı oradaca keçinib.

Məlumata görə o, ifadəsində bunu cinlərin tələbi ilə etdiyini bildirib:

“Cinlər yanıma gəldi və qızımı yerə atmağımı istədilər. Əgər etməsəm, qızımın cəhənnəmə gedəcəyini söylədilər”.

Ümmühan Dumanlıoğlunun həyat yoldaşı ilə boşanmaq üzrə olduğu bildirilir.(konkret.az)