Vladimir Putin atəşkəs ELAN ETDİ
20 dəqiqə əvvəlAzərbaycan vergi daxilolmalarını 6% azaldıb
11 Oktyabr 2024 10:06 | Baxış sayı: 417
2024-cü ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət büdcəsinə təxminən 12 milyard manat vəsait köçürüb.
Bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumata əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 6% azdır.
9 aylıq vergi daxilolmalarının 8,4 milyard manatı və yaxud 70%-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13,4% çoxdur.
Bu il Dövlət Vergi Xidmətinin yenidən baxılmış büdcə öhdəliyi 15,3 milyard manatdır. Hesabat dövründə bu məbləğin 78,5%-i yığılıb.//Turan.az