15 May 2024
Zelenskidən Putin haqda ŞOK sözlər: "Heyvan kimi..."

Zelenskidən Putin haqda ŞOK sözlər: "Heyvan kimi..."

02 Yanvar 2024
Baxış: 431

“Rusiya tərəfindən sülhə doğru hər hansı fundamental irəliləyiş yoxdur. Ukraynalılar sülh əvəzinə ölkənin şərqində, cənubunda, şimalında və qərbində yerləşən şəhərlərinə hava hücumları ilə üzləşirlər”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Economist”ə müsahibəsində Moskva ilə sülh danışıqlarını şərh edərkən deyib.

Zelenski daha sonra qeyd edib: “Mən yalnız terrorçu ölkənin addımlarını görürəm. Əgər Rusiya bəzi Qərb KİV-inin yazdığı kimi münaqişəni dondurmaq istəyi ilə bağlı siqnallar göndərirsə, bu onların səmimi olmasından irəli gəlmir. Bu, kifayət qədər raket, sursat və ya təlim keçmiş qoşunlarının olmaması ilə bağlıdır. Onlara danışıqlar adı altında güclərini yenidən bərpa etmək üçün bu fasilə lazımdır”.

Onun fikrincə, Ukrayna uduzsa, Putin müharibəni Qərbə yaxınlaşdıracaq.

“Putin özünü heyvan kimi zəif hiss edir. O, sağdır və qalib gəlsə, növbəti hədəfi Avropa İttifaqını, NATO olacaq”, - Zelenski əlavə edib. (ölke.az)