09 May 2024
Yunanıstan parlamenti eynicinsli evlilik qanununu təsdiqlədi

Yunanıstan parlamenti eynicinsli evlilik qanununu təsdiqlədi

16 Fevral 2024
Baxış: 379

Yunanıstan parlamenti eynicinsli cütlüklərin nikahını və uşaqları övladlığa götürməsini qanuniləşdirən qanun qəbul edib.

AJMEDİA.İNFO TASS-a istinadla xəbər verir ki, bu barədə parlamentin sədri məlumat verib.

"Səsvermədə 254 deputat iştirak edib. Qanunun qəbulunun lehinə 176 deputat, əleyhinə 76 deputat səs verib, 2 deputat bitərəf qalıb. Qanun qəbul olunub", - deyə sədr bildirib.

Səsvermə parlamentin “Vouli TV” telekanalı tərəfindən canlı yayımlanıb.

Səsvermə iki günlük müzakirədən sonra baş tutub. Qanunu hakim Yeni Demokratiya partiyası, müxalifətdəki SİRİZA - Proqressiv Alyans, PASOK, Yeni Solçu və parlamentin eks-spikeri Zoe Konstantopulunun Azadlıq Kursu dəstəkləyib.

Yunanıstan Kommunist Partiyası (KKE), sağçı Yunan Həll və Niki (Qələbə) partiyaları təklifə qarşı çıxıb.

Yunanıstan hakimiyyətinin eynicinsli cütlüklərin nikahını və onların uşaqları övladlığa götürməsini qanuniləşdirmək planları ABŞ tərəfindən fəal şəkildə dəstəklənir.