07 May 2024
Yoluxma və ölüm sayı KƏSKİN ARTDI - STATİSTİKA

Yoluxma və ölüm sayı KƏSKİN ARTDI - STATİSTİKA

17 Avqust 2021
Baxış: 572

Azərbaycanda koronavirus (COViD-19) infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 373 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 174 nəfər müalicə olunaraq sağalıb, 5 188 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 813 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 007, bu günə qədər isə ümumilikdə 4 235 142 test icra olunub.