10 May 2024
Yol qəzasında ölən polis çempion imiş - FOTO

Yol qəzasında ölən polis çempion imiş - FOTO

24 Noyabr 2021
Baxış: 1102

Gəncə şəhərində yol qəzasında dünyasını dəyişən polis serjantı Renat Əliyev pauerliftinq idman növü üzrə dəfələrlə Azərbaycan çempionu, bir sıra yarışların mükafatçısı olub.

AJMEDİA.İNFO baku.ws-ə istinadən xəbər verir ki, o, mühafizə polisində işləyib.

Məlumat üçün bildirək ki, bir neçə saat bundan öncə Müseyib Bağırov küçəsində "Fiat" markalı avtomobilin mağazaya çırpılması zamanı baş verən qəzada dünyasını dəyişən R.Əliyevlə yanaşı digər polis əməkdaşı Emin Əliyev yaralanıb.