08 May 2024
Yevlax  şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədər xatirə tədbiri keçirilmişdir

Yevlax şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədər xatirə tədbiri keçirilmişdir

27 Aprel 2023
Baxış: 583

Bu gün, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xatirə tədbiri keçirilmişdir. “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”. “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda keçirilən konfransda Yevlax rayonun İcra başçısı Anar Tağıyev eləcədə, Milli Məclisin deputatları İlham Məmmədov, Müşfiq Məmmədli, Nizami Səfərov, Əliabbas Salahzade və Anatoliy Rafayilov iştrak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib. Sonra Heydər Əliyev Mərkəzi ziyarət olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Konfransda çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov qeyd edib ki, müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev hələ Sovet dönəmində Azərbaycanın maraqları naminə misilsiz xidmətlər göstərmişdir. Qədirbilən xalqımız məhz ölkənin acınacaqlı vəziyyətində-90-cı illərin başlanğıcında ölkədə xaos və anarxiyanın höküm sürdüyü bir müddətdə təkidli tələblə dahi Heydər Əliyevi Bakıya dəvət etmiş və Onun ölkəmizin rəhbəri seçilməsi üçün güclü həmrəylik nümayiş etdirmişdir. Xalqın düzgün seçimi nəticəsində hakimiyyətə gələn Ümummilli Liderimiz uğurlu prezidentlik fəaliyyəti nəticəsində Azərbaycanın qurtuluşuna imza atmışdır. Bu illər ərzində Azərbaycan bütün sahələr üzrə böyük inkişaf yoluna qədəm qoyub, beynəlxalq nüfuz və hörmət sahibinə çevrilmişdir. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında yenilməz Azərbaycan Ordusunun erməni təcavüzkarlarını döyüş meydanında darmadağın edərək parlaq Qələbə qazanması bir daha onu göstərdi ki, Azərbaycan qüdrətli dövlətdir və dahi Heydər Əliyev ideyaları keçmişdə olduğu kimi bugün də yaşayır və gələcəkdə də yaşayacaqdır.

.

Открыть фото

.

.

Nəsimi Əbilov