08 May 2024
Yevlax Şəhər İcra Hakimiyyəti yəhudi ailənin sahibkarlıq fəaliyyətinə niyə əngəl törədir? - ŞİKAYƏT

Yevlax Şəhər İcra Hakimiyyəti yəhudi ailənin sahibkarlıq fəaliyyətinə niyə əngəl törədir? - ŞİKAYƏT

13 İyun 2022
Baxış: 1056

Yevlax sakinləri olan yəhudi ailəsi Yevlax Şəhər İcra Hakimiyyətindən şikayətçidir.

AJMEDİA.İNFO-nun redaksiyasına video ilə müraciət edən Süleymanova Edit Arkadyevna bildirib ki, Yevlaxda onun ailəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına icazə verilmir:

"Mən Süleymanova Edit Arkadyevna 1973-cü ildən bəri Azərbaycanın Yevlax şəhərində yaşayıram. Üç uşaq anasıyam. Milliyətcə yəhudiyəm. Həm İsrail, həm də Azərbaycan vətəndaşıyam. İndiyə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşuq. Heç bir əngəl törədilməyib. Lakin indi icra başçısı Anar Tağıyev bizim fəaliyyətimizə icazə vermir. Səbəbini bilmirik. Biz artıq nə edəcəyimizi də bilmirik".

Vətəndaşın şikayəti ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İcra Hakimiyyətindən Vidadi Murtuzayev bildirdi ki, ailənin sahibkarlıq fəaliyyəti dövründə bir sıra qanun pozuntularına yol verildiyinə görə obyekt bağladılmışdır.

Edit Süleymanova İcra Hakimiyyəti nümayəndəsinin bu açıqlamasına cavab olaraq bildirdi ki, sahibkarlıq fəaliyyətləri üçün yeni ərazinin əldə olunması ilə bağlı bütün dövlət qurumlarından müvafiq sənədləri alıblar. Lakin İcra Hakimiyyətinin torpaq sahəsinin ayrılmasına razılığı olmadan "Geoloji ayırma" statusu verilmir. İcra başçısı Anar Tağıyev isə agentlik tərəfindən ərazidə geoloji qiymətləndirmə işinin aparılması üçün razılıq vermir.

Edit Süleymanova qurumlardan göndərilən sənədləri də redaksiyamıza təqdim etdi;

No description available.

No description available.

No description available.

No description available.

No description available.

Vətəndaşın təqdim etdiyi sənədlərə əsasən, vətəndaş sənədlərlə birgə yenidən İcra Hakimiyyətinə müraciət edib.

Vətəndaşın iddiasına görə İcra Hakimiyyəti nümayəndəsi isə bu dəfə onu sona qədər dinləməyərək, məsələyə heç bir cavab verməyib, cavabdan "qaçdıb".

Vətəndaş Edit Süleymanova bütün bu olanlar qarşısında artıq suallar içərisində itib-batdıqlarını bildirdi:

"Heç bir şey anlaya bilmirik. İndiyə qədər heç vaxt belə bir şeylə qarşılaşmamışıq. İndi bizə qarşı bu ayrı-seçkiliyin səbəbi nədir? Milliyyətcə yəhudi olmağımız?!"

E. Süleymanova sonda cənab Prezident ilham Əliyevə və İsrail parlamentinə (Knesset) müraciət etdi:

"Cənab Prezident İlham Əliyev, İsrail Parlamenti, xahiş edirəm bizə kömək edin!".