13 May 2024
Yevlax RMX-nin şöbə müdirini qətlə yetirənlər bu əşyaları ilə tapılıb - VİDEO

Yevlax RMX-nin şöbə müdirini qətlə yetirənlər bu əşyaları ilə tapılıb - VİDEO

13 Yanvar 2023
Baxış: 378

Xəbər verdiyimiz kimi, Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Bəyaz Cabbarovun yaşadığı evdə öldürülməsi ilə bağlı saxlanılanlar var.

AJMEDİA.İNFO xəbər verir ki, hazırda şübhəli şəxs qismində iki nəfər saxlanılıb, 1 nəfərin axtarışları isə davam etdirilir.

İctimai Tv-nin təqdim etdiyi görüntülərdə qeyd olunub ki, hadisə zamanı həkimi öldürən şəxslər qonşulardan birinin evinin təhlükəsizlik kamerasına düşüblər. Həmin şəxslərin üzündə maska, birinin isə əlində bıçaq olub.

Həmçinin bildirilib ki, həmin 3 şəxs qətli törətdikdən sonra əyinlərindəki qanlı paltarı və ayaq geyimlərini ərazidən keçən dəmir yolu xəttinə atıblar. Şübhəlilərin axtarışı zamanı ilk tapılan sübutlar da həmin geyimlər olub.