01 May 2024
Yeni Zelandiya sərhədlərini hələ uzun müddət bağlı saxlayacaq

Yeni Zelandiya sərhədlərini hələ uzun müddət bağlı saxlayacaq

05 May 2020
Baxış: 847

Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern koronavirus səbəbindən ölkəsinin xaricilər üçün sərhədləri hələ uzun müddət bağlı saxlayacağını deyib.

AJM BBC telekanalına istinadla xəbər verir ki, Casinda Ardern videokonfrans rejimində qatıldığı Avstraliya Nazirlər Kabinetinin iclasında vətəndaşların iki dövlət arasında karantin rejimi olmadan maneəsiz hərəkət imkanlarının müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, digər xarici ölkə vətəndaşları çətin ki, yaxın zamanlarda Yeni Zelandiyanı ziyarət edə bilsin.

Hər iki ölkə dünyada koronavirus infeksiyası yayılmağa başlayan kimi əcnəbilər üçün sərhədlərini bağlayıb.

Yeni Zelandiyada artıq ardıcıl olaraq ikinci gündür koronavirusa yeni yoluxma halları qeydə alınmır. Ümumilikdə ölkədə 1137 nəfər COVID-19 xəstəliyinə yoluxub, 20 nəfər həyatını itirib. Avstraliyada koronavirusa yoluxanların sayı 6,8 mindən çox, ölənlərin sayı isə 96 nəfərdir.

Hazırda hər iki ölkədə xaricilərin giriş-çıxışı üçün sərt məhdudiyyətlər tətbiq olunub.