12 May 2024
Yeni təhlükəli COVID ştammının adı bəlli oldu

Yeni təhlükəli COVID ştammının adı bəlli oldu

27 Noyabr 2021
Baxış: 885

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bugünlərdə Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib.

AJMEDİA.İNFO xəbər verir ki, təşkilatın bəyanatında B.1.1.529 ştammı "narahatlıq doğurucu variant" kimi qiymətləndirilib və mövcud PCR testlərinin koronavirusun bu ştamını aşkarlaya biləcəyini vurğulanıb.

Qeyd edək ki, hələlik B.1.1.529 variantı CAR, Botsvana, İsrail, Honq-Konqa və Belçikada tapılıb. Milli.az