15 May 2024
Yeni müavinətlər kimlərə veriləcək? – Deputat AÇIQLADI

Yeni müavinətlər kimlərə veriləcək? – Deputat AÇIQLADI

27 Aprel 2023
Baxış: 275

“Sosial müavinətlər haqqında” Qanuna təklif edilən düzəlişlər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.

AJMEDİA.İNFO bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov yeni müavinətlərin kimlərə veriləcəyi ilə bağlı suallara aydınlıq gətirib.

Deputat Vüqar Bayramov: "Şuşa tezliklə tarixi gözəlliyinə qovuşacaq" »  Reyting.az

Millət vəkili qeyd edib ki, dəyişikliklərə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinətlər ödəniləcək:

“Bu müavinət himayədar valideynlərlə dövlət qurumu arasında uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ödəniləcək. Müavinətin məbləğin dəyişikliklərin qəbulundan sonra müəyyənləşəcək. Digər dəyişikliyə əsasən, həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər də ödəniləcək. Bu zaman da oxşar müqavilənin bağlanması əsas şərtdir”.

V.Bayramov bildirib ki, sözügedən müavinət müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə ödənilməklə, həmin müqavilənin qüvvədə olduğu müddətə təyin edilir: “Yəni mart, iyun, sentyabr və dekabr aylarında...Dəyişikliklərin məqsədi uşaqları himayəyə götürən ailələrin sosial vəziyyətini daha da yaxşılaşdırmaq və kimsəsiz uşaqların ailələrdə böyüməsini stimullaşdırmaqdır”.