14 May 2024
"Yəhudi itinə ölüm": Safed Kollecində antisemit hücumları

"Yəhudi itinə ölüm": Safed Kollecində antisemit hücumları

09 Dekabr 2021
Baxış: 444

Dünən, dekabrın 8-də Knessetdə ərəblərin qarışıq şəhərlərdə yəhudilərə qarşı zorakılığı ilə bağlı tədbir təşkil olunub.

AJMEDİA.İNFO xəbər verir ki, tədbir zamanı antisemitizm və yəhudi əhaliyə qarşı zorakılıqla bağlı çoxsaylı ifadələr dinlənilib. Fikir bildirənlar arasında Safed kollec tələbəsi və Im Tirtzu hərəkatının fəalı Şeli Tobol da çıxış edib.

O, “Divarların keşikçisi” əməliyyatından sonra ərəb tələbələri tərəfindən təhdid edildiyini, həyatı üçün qorxduğunu və uzaqdan təhsil almağa məcbur olduğunu söyləyib.