01 May 2024
Yaponiya, ABŞ və Avstraliya Honkonqun təhlükəsizliyi haqda qanunla bağlı narahatlıqlarını bildiriblər

Yaponiya, ABŞ və Avstraliya Honkonqun təhlükəsizliyi haqda qanunla bağlı narahatlıqlarını bildiriblər

08 İyul 2020
Baxış: 449

İyulun 8-də Yaponiya, ABŞ və Avstraliya Çin tərəfindən Honkonqun təhlükəsizliyi haqda qanunla bağlı dərin narahatlıqlarını bildiriblər.

AJM Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə rəy üç müttəfiq dövlətin Müdafiə nazirləri Taro Kono, Mark Esper və Linda Reynoldsun onlayn görüşü zamanı səslənib.

Müdafiə nazirləri tərəfindən görüşdən sonra yayımlanan birgə bəyanatda həmin qanunun insan hüquq və azadlıqlarına problemlər yaradacağından dərin narahatlıq ifadə olunub.

Agentliyin məlumatında vurğulanıb ki, bir sıra ölkələr ötən həftə qəbul edilən bu mübahisəli qanunla bağlı narahatlıqlarını bildiriblər. Bu üç müttəfiq ölkənin nazirləri Çinin fəallığını daha da artırdığı Şərqi Çin və Cənubi Çin dənizlərində güc tətbiqi ilə status-kvonun dəyişməsinə və gərginliyin artacağına qarşı müxalifətdə olacaqlarını təsdiq ediblər.

Lakin bəyanatda dəniz problemi ilə bağlı konkret olaraq Çinin adının çəkilmədiyi də bildirilir.

Həmçinin sənəddə nazirlərin Şimali Koreya tərəfindən ballistik raketlərin sınaqlarının davam etməsi ilə bağlı “ciddi narahatlıq”ları qeyd edilməklə yanaşı, bunun BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin pozulması demək olduğu da vurğulanıb.

Koronavirus pandemiyasının geniş yayıldığı bir vaxtda keçirilən onlayn görüşdə nazirlər virusun yayılmasının qarşısının alınması, bu barədə informasiya mübadiləsi barədə də müzakirələr aparıblar.