12 May 2024
"Ya çoxsaylı tələfat verməliyik, ya da Qarabağı tərk etməliyik" - Qondarma "XİN rəhbəri"

"Ya çoxsaylı tələfat verməliyik, ya da Qarabağı tərk etməliyik" - Qondarma "XİN rəhbəri"

09 Sentyabr 2021
Baxış: 759

Xankəndidəki separatçı-terrorçu rejimin qondarma “xin rəhbəri” David Babayan deyir ki, hadisələr iki ssenari üzrə inkişaf edə bilər:

“Ya çoxsaylı insan təlafatı ilə nəticələnəcək müharibə olacaq, ya da ermənilər Qarabağı tərk edəcək”.

Birinci ssenarinin perspektivi zəifdir, kiçikçaplı əməliyyatlar ola bilər. Proseslər daha çox ikinci ssenari üzrə gedir: ermənilər bölgəni tərk edirlər.

Babayanın separatçı-terrorçu rejim üçün mənfi ssenariləri dilə gətirməsi Rusiyadan, Ermənistandan və erməni diasporundan daha çox dəstək əldə etmək məqsədi daşıyır. Və bu, həm də separatçıların çətin vəziyyətdə olduğuna dəlalət edir.

Asif Nərimanlı, siyasi şərhçi

AJMEDİA.İNFO