15 May 2024
Xoşqədəmdən zəlzələdə ölən tələbələrlə bağlı kədərli paylaşım - FOTO

Xoşqədəmdən zəlzələdə ölən tələbələrlə bağlı kədərli paylaşım - FOTO

15 Fevral 2023
Baxış: 475

“Dörd dost, dörd gənc… Necə deyim ki, ölüblər? Dilim gəlmir bu balalara Allah rəhmət etsin deyim, çətindir…”.

AJMEDİA.İNFO olay-a istinadən xəbər verir ki, bu sözləri instaqramda Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Türkiyədəki zəlzələdə dünyasını dəyişən azərbaycanlı tələbələr barədə yazıb.

“Dörd dostun ölümünə təkcə ailələri, yaxınları deyil, heç tanımayan insanlar belə gözyaşı tökür. Allah rəhmət etsin, ailələrinə səbir diləyirəm”, – deyə, Xoşqədəm fikirlərinə əlavə edib.

O, cəsədi tapılan tələbələrdən Şahin Vəliyev barədə isə belə vurğulayıb:

“Can bala, can Şahin. Mən anana söz vermişdim, qurbanını bərabər kəsəcəkdik, olmadı… Çox üzgünəm”.