07 May 2024
Xəstəxanalıq olan Xalq artsitinin son durumu AÇIQLANDI: "Vəziyyəti yaxşı deyil..."

Xəstəxanalıq olan Xalq artsitinin son durumu AÇIQLANDI: "Vəziyyəti yaxşı deyil..."

31 Mart 2023
Baxış: 444

Tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, atası hazırda xəstəxanaların birində müalicəsini davam etdirir:

“Vəziyyəti yaxşı deyil, irəliləyiş yoxdur”.

Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib. Bir müddət sonra evə buraxılıb, müalicəsi evdə davam etdirilib.

O, martın 27-də yenidən xəstəxanaya yerləşdirilib.