14 May 2024
Xərçəngə tutulan Zeynəb Həsənidən səhhəti ilə bağlı yeni paylaşım - FOTOLAR

Xərçəngə tutulan Zeynəb Həsənidən səhhəti ilə bağlı yeni paylaşım - FOTOLAR

11 Avqust 2022
Baxış: 450

Bir müddət əvvəl xərçəngə tutulduğu aşkarlanan müğənni Zeynəb Həsəni sosial şəbəkədə paylaşım edib.

AJMEDİA.İNFO xəbər verir ki, Zeynəb instaqram hesabında yeni fotolarını paylaşıb və onunla maraqlanan hər kəsə təşəkürünü bildirib:

"Səhhətimlə bağlı maraqlanan, narahat olan hər kəs, ağlıma gəlməyən şəxslər belə, məni tanıyanlar, tanımayanlar, var olun. Yaxşı ki, varsınız. Hər kəsə tək-tək yaza bilmirəm, amma bilin ki, hər biriniz qəlbimdəsiniz. Sizin sevginiz məni ruhlandırır, çox sağ olun ki, mənimləsiniz. Səhhətim, şükürlər olsun ki, qaydasındadır".

Xatırladaq ki, bu il iyulun 28-də Zeynəbdə xərçəng xəstəliyi aşkarlanıb. Tanınmış müğənni Türkiyədə əməliyyat olunub. Onun müalicəsi davam edir.

Müğənninin anası Əminə xanım xərçəngdən vəfat edib.