13 May 2024
Xaricdəki bloqerlərlə mübarizə aparanlara medal verilsin! - TƏKLİF

Xaricdəki bloqerlərlə mübarizə aparanlara medal verilsin! - TƏKLİF

29 May 2022
Baxış: 613

"Mili Məclisin, dövlətin əleyhinə etikadan kənar ifadələr işlədən bloqerlərlə mübarizə aparanlara orden və medallar verməyi təklif edirəm".
AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalın təsis edilməsi ilə bağlı müzakirələrdə deyib.

"Azərbaycanın uğurlarına, ölkəmizin apardığı siyasətə qarşı çıxanlar var. Ətraf mühiti pozan, xalqın milli mədəni dəyərlərinə ziyan gətirən bloqerlər əxlaqdan kənar, etikadan kənar həm Milli Məclisin, həm də dövlətin ünvanına fikirlər səsləndirirlər. Hesab edirəm ki, bunlara qarşı mübarizə aparan şəxsləri də ordenlər, medallar da təltif etmək lazımdır", - deputat təklif irəli sürüb.AMIA.az