14 May 2024
Xaçmazda qadın dəm qazından boğudu

Xaçmazda qadın dəm qazından boğudu

17 Noyabr 2021
Baxış: 508

Xaçmazda 57 yaşlı qadın dəm qazından boğulub.

AJMEDİA.İNFO xəbər verir ki, Xaçmaz rayonunun Yergüc kənd sakini, 1964-cü il təvəllüdlü Nəsibə Vəzirxan qızı Həmidova yaşadığı evdə çimmək üçün hamam otağına girib. Onun uzun müddət orada qaldığını və səssiz olduğunu görən yaxınları hamamın qapısını qıraraq içəri giriblər.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib. Qadının dəm qazından öldüyü təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.