10 May 2024
​“WhatsApp”dan yenilik - Qarşı tərəfi izləmək mümkün oldu

​“WhatsApp”dan yenilik - Qarşı tərəfi izləmək mümkün oldu

30 May 2023
Baxış: 348

“WhatsApp” yeni funksiyasını istifadəyə verib.

AJMEDİA.İNFO xəbər verir ki, yeni funksiya videozəng zamanı istifadəçilərə ekranlarını paylaşmağa imkan verir. “WABetaInfo”nun məlumatına görə, yenilik hələki test mərhələsindədir. Funksiya “Android 2.23.11.19” versiyasına əlavə edilib. Yeniliyə əsasən videozəng zamanı istifadəçi telefon ekranını ünsiyyətdə olduğu şəxsin görməsinə imkan verə bilər. Bunun üçün idarəetmə panelində yerləşən funksiyanı aktiv etmək lazımdır.


Telefonun ekranı paylaşılanda qarşı tərəfdəki istifadəçi ekranı tamamilə izləyə biləcək. Beta versiyasında istifadəyə verilən funksiya maraqla qarşılanıb. Funksiyadan istifadə etmək üçün hər iki tərəf “WhatsApp”ını yeniləməlidir. İstifadəçilərdən birində “WhatsApp”ın köhnə versiyası varsa funksiya işləməyə bilər.

Teqlər: WhatsApp