10 May 2024
"WhatsApp"dan yeni özəllik: Artıq profil şəkli...

"WhatsApp"dan yeni özəllik: Artıq profil şəkli...

07 Dekabr 2022
Baxış: 529

Dünyaca məşhur mesajlaşma proqramı yeni funksiyasını istifadəyə verib.

AJMEDİA.İNFO xəbər verir ki, "WhatsApp" sosial platforması yeni "Communities" yenilənməsini təqdim edib. Yenilənmə həm mobil, həm də veb interfeysdə tətbiq olunmağa başlayıb.

Yenilənmə nəticəsində 5 min nəfərə qədər elan qrupu yaradıla bilər. Burada qarşılıqlı əlaqə olmayacaq, ancaq izlədiyiniz kanallardan məlumat alacaqsınız.

"WhatsApp” artıq istifadəçilərə qrup mesajlarında başqalarının profil fotolarını görmək imkanı da verəcək. Yenilənmə ilə qruplardakı insanlar mesaj göndərən zaman mesajı göndərən şəxsin profil şəklini görəcək.

Yeniləmə ilk dəfə iOS beta-da tədbiq edilib. Test mərhələsində olan yenilik bir çox istifadəçiyə təqdim edilməyə başlanılıb.(azxeber.com)