10 May 2024
“WhatsApp”dan statuslarla bağlı möhtəşəm yenilik - FOTO

“WhatsApp”dan statuslarla bağlı möhtəşəm yenilik - FOTO

11 Aprel 2023
Baxış: 290

Məşhur "WhatsApp” messencerinin tərtibatçıları statuslarla bağlı populyar funksiyanı təkmilləşdirəcəklər.

AJMEDİA.İNFO bildirir ki, messencerdə dərc olunan statuslar birbaşa "Facebook” sosial şəbəkəsində görünə biləcək.

Seçimi "status məxfilik parametrləri”ndə aktivləşdirmək mümkün olacaq. İstifadəçilər status yeniləmələrini artıq "Facebook”un "hekayə” bölməsində paylaşmaq istəmədiklərini qərara alanda isə bu seçimi bağlaya bilərlər.

Funksiyanın gələcəkdə "Instagram” üçün də tətbiq olunması planlaşdırılır.

Funksiya hazırda "WhatsApp”ın iOS 23.7.0.75 üçün beta versiyasında mövcuddur və gələcək yeniləmədə buraxılacaq.//oxu.az