12 May 2024
“WhatsApp”da yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

“WhatsApp”da yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

25 Oktyabr 2022
Baxış: 330

Hal-hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur.

AJMEDİA.İNFO Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir.


"“WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır", - açıqlamada deyilir.