10 May 2024
“WhatsApp”da xəbər kanalları yaratmaq mümkün olacaq – DETALLAR

“WhatsApp”da xəbər kanalları yaratmaq mümkün olacaq – DETALLAR

06 Aprel 2023
Baxış: 496

“WhatsApp” messencerinin yeni funksiyası ilə bağlı təfərrüatlar məlum olub.


AJMEDİA.İNFO xəbər verir ki, messencerin tərtibatçıları xəbər kanalları yaratmağa imkan verəcək. Kanallar “WhatsApp”ın “Yeniləmələr” adlı ayrıca tabında nümayiş etdiriləcək. Onların köməyi ilə insanlar və şirkətlər messencer istifadəçiləri arasında xəbərlər yaymaq imkanına sahib olacaq.

Kanala üzv olanlarla bağlı telefon nömrələri və digər məlumatlar isə gizlədiləcək. Həmçinin məlum olub ki, istifadəçilər “Axtarış” bölməsi vasitəsilə özlərinə lazım olan kanalları tapa biləcəklər.


Qeyd edilən yeniliklər “WhatsApp”ın 2.23.8 nömrəli beta versiyasında “Android” əməliyyat sistemi ilə işləyən cihazlar üçün nəzərdə tutulub. Kanalların dəqiq nə vaxt bütün “WhatsApp” istifadəçiləri üçün əlçatan olacağı məlum deyil.


Xatırladaq ki, “WhatsApp”ın xəbər bülleteni yarada biləcəyi faktı fevralın sonunda bildirilmişdi. (sfera.az)