10 May 2024
"WhatsApp"da hər kəsi sevindirəcək YENİLİK - FOTO

"WhatsApp"da hər kəsi sevindirəcək YENİLİK - FOTO

16 İyun 2023
Baxış: 416

"WhatsApp Business" 2.23.13.5 beta versiyasında eyni smartfonda birdən çox "WhatsApp" hesabına daxil olmağa imkan verən funksiya sınaqdan keçirilib.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, artıq istifadəçilər telefon nömrələri olmadan öz hesablarına daxil ola biləcək.

Proqram istifadəçilərə daxil olmaq istədikləri hesabı seçmək imkanı verən menyu təklif edir. Çox hesablı xüsusiyyət istifadəçilərə şəxsi yazışmalarını və işgüzar söhbətlərini eyni cihazda idarə etməyə imkan verəcək.

Paralel tətbiqlərə müraciət etmədən istənilən vaxt müxtəlif hesablar arasında keçid etmək mümkün olacaq.

Hələlik bu funksiya yalnız "WhatsApp Business"in beta versiyasına əlavə edilib. Lakin növbəti mərhələdə messencerin adi versiyasında da əlçatan olacaq.