15 May 2024
"Vosmoy" bazarı bağlanır? - RƏSMİ AÇIQLAMA

"Vosmoy" bazarı bağlanır? - RƏSMİ AÇIQLAMA

01 Dekabr 2023
Baxış: 320

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi" fəaliyyətini davam etdirir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev deyib.

Onun sözlərinə görə, bazarın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

İ.Mehdiyev bildirib ki, sadəcə olaraq "8-ci km Ticarət Mərkəzi"nin adı dəyişir və buna görə də bazar bundan sonra "8-ci km Ticarət Mərkəzi" adı altında fəaliyyət göstərməyəcək.

"Bazar bundan sonra yeni adla fəaliyyət göstərəcək və hazırda yeni adı ilə bağlı məsələlər müzakirə olunur", - İ.Mehdiyev əlavə edib.

Xatırladaq ki, ötən gün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində "8-ci km Ticarət Mərkəzi" MMC ləğv olunduğu ilə bağlı elan yerləşdirilib.