14 May 2024
Vilayət Eyvazovdan ARVADINI GÜLLƏLƏYƏN POLİSLƏ bağlı ƏMR

Vilayət Eyvazovdan ARVADINI GÜLLƏLƏYƏN POLİSLƏ bağlı ƏMR

01 Oktyabr 2021
Baxış: 802

Bakıda arvadını öldürən polis daxili işlər orqanlarından xaric edilib.

AJMEDİA.İNFO lent.az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Nizami rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis nəfəri İsmayıl Məmmədov daxili işlər orqanlarından xaric edilib.

İ.Məmmədov bu gün məhkəmə qarşısına çıxarılacaq. Onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, İsmayıl Məmmədov 24-cü Polis Şöbəsinə ondan şikayətə gələn arvadı, 26 yaşlı Xanım Məmmədovanı tabel silahı ilə güllələyərək öldürüb./lent.az/