14 May 2024
Vilayət Eyvazov vəfat edən polislə vida mərasimində - FOTOLAR

Vilayət Eyvazov vəfat edən polislə vida mərasimində - FOTOLAR

06 Avqust 2021
Baxış: 742

İyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində xəsarət alan və ötən gün xəstəxanada vəfat edən Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov dəfn olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşı ilə vida mərasimində daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və müavinləri iştirak ediblər.

“Onun əziz xatirəsi, xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaq. Yaxınlarına, doğmalarına Allahdan səbir diləyirik! Allah rəhmət eləsin!”, – deyə DİN-in yaydığı məlumatda bildirilib.