14 May 2024
Vilayət Eyvazov tıxaclarla bağlı GÖSTƏRİŞ VERDİ

Vilayət Eyvazov tıxaclarla bağlı GÖSTƏRİŞ VERDİ

23 Yanvar 2024
Baxış: 295

Daxili işlər naziri Vilayət Eyvazov paytaxtda avtomobillərin sıxlığı və yaranan tıxaclarla bağlı göstərişlər verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə nazir Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını tələb edib. (APA)