14 May 2024
Vilayət Eyvazov Çobanova VƏZİFƏ VERDİ

Vilayət Eyvazov Çobanova VƏZİFƏ VERDİ

06 Dekabr 2022
Baxış: 515

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə yeni rəis təyin olunub.

AJMEDİA.İNFO-nun "Qafqazinfo"ya istinadən məlumatına görə, daxili işlər naziri Vilayət Eyvazovun bununla bağlı əmr izmalayıb. Əmrə əsasən, polis mayoru Samir Çobanov bölməyə rəis gətirilib. O, bundan əvvəl həmin bölmədə rəis müavini idi.

Qeyd edək ki, sözügedən vəzifə sentyabrdan bəri boş idi. 32-ci PB-nin əvvəlki rəisi polis polkovnik-leytenantı Məhəmməd Əhmədbəyli sentyabrın 22-də Suraxanı Rayon Polis İdarəsinin rəis müavini təyin olunmuşdu.