14 May 2024
Vilayət Eyvazov BU RAYONA yeni rəis TƏYİN ETDİ

Vilayət Eyvazov BU RAYONA yeni rəis TƏYİN ETDİ

20 Oktyabr 2022
Baxış: 384

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə yeni rəis təyin edilib.

AJMEDİA.İNFO xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elmar Quliyev Sumqayıt ŞPİ-nin 5-ci PB-ə rəis təyin olunub.

Qeyd edək ki, E.Quliyev bu təyinatadək DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində çalışıb.