14 May 2024
"Vətəni satdı, Allah hesabını soruşacaq" - Əfqanıstan rəsmilərindən ölkədən qaçan Prezidentə SƏRT SÖZLƏR

"Vətəni satdı, Allah hesabını soruşacaq" - Əfqanıstan rəsmilərindən ölkədən qaçan Prezidentə SƏRT SÖZLƏR

16 Avqust 2021
Baxış: 681

"Taliban"ın Kabilə girməsindən sonra Əfqanıstan prezidenti Əşrəf Qaninin ölkəni tərk etməsi etirazla qarşılanıb.

AJMEDİA.İNFO xəbər verir ki, Əfqanıstanın müdafiə nazirinin vəkili Bismillah Muhammedi tvitter hesabında Qaninin ünvanına ağır ittihamlar səsləndirib.

"Əllərimizi arxadan bağladılar və vətəni satdılar. Qani və heyətinə lənət olsun", - deyə o, qeyd edib.

Milli Barışıq Ali Şurasının sədri isə bildirib: "Əfqanıstanı çətin zamanda tərk etdi. Allah ondan bunun hesabı soruşacaq".

Qeyd edək ki, Ə.Qaninin Tacikistana üz tutduğu bildirilir.