10 May 2024
Vətən müharibəsi qazisi VƏFAT ETDİ - FOTO

Vətən müharibəsi qazisi VƏFAT ETDİ - FOTO

19 Sentyabr 2022
Baxış: 407

Vətən müharibəsi qazisi Elnur Səmədov dünyasını dəyişib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Oxu.az-a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, doqquz aydır leykozdan əziyyət çəkən Elnur Səmədov dünən gecə saatlarında vəfat edib.

Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu.

Qeyd edək ki, Səmədov Elnur Qalib oğlu 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.

Vətən müharibəsi qazisi vəfat etdi