14 May 2024
Vətən müharibəsi qazisi İcra Hakimiyyətinin qarşısında özünü YANDIRDI

Vətən müharibəsi qazisi İcra Hakimiyyətinin qarşısında özünü YANDIRDI

18 Avqust 2022
Baxış: 522

Samuxda qazi intihara cəhd edib.

AJMEDİA.İNFO xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə Samux rayon İcra Hakimiyyətinin qarşısında qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü T. Abdullayev icranın qarşısında benzin törkərək özünü yandırıb.

Yanıq xəsarətləri alan T.Abdulayev Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, T.Abdullayevin 44 günlük vətən müharibəsinin qazisi olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.