09 May 2024
Vəkillə müğənni arasında DAVA DÜŞDÜ: "Kimdənsə uşaq doğur alır qucağına"

Vəkillə müğənni arasında DAVA DÜŞDÜ: "Kimdənsə uşaq doğur alır qucağına"

11 Aprel 2022
Baxış: 589

Bir neçə gün əvvəl Əməkdar artist Vasif Məhərrəmli ilə "Ərə getməyib, toy etməyib, uşağının atası kimdir" sualına görə qalmaqal yaşayan müğənni Şəbnəm Qəhrəmanova yenidən gündəm olub.
AJMEDİA.İNFO xəbər verir ki, bu dəfə onunla vəkil Şəfiqə Nağıyeva arasında efirdə dava düşüb

Belə ki, "Elgizlə izlə" verilişində ifaçı nikahdankənar uşaq dünyaya gətirməkdən danışıb. Vəkil Şəfiqə Nağıyevanın buna "Ayıbdır, biabırçılıqdır" deməsi müğənnini özündən çıxarıb.

"Sizin bunu deməyə ixtiyarınız yoxdur. 1500 ildir bu divanda oturmusunuz, durmursunuz. Elə bil müğənnisiniz".

Onun bu sözlərinə əsəbləşən vəkil isə "Mən Azərbaycan qadınıyam. İstəmirəm bu hal olsun. Uşaq nikahdan doğulmalıdır. Hərə bir kişidən uşaq doğub qucağına alır. Nikah bağlayıb, ərə gedib uşaq dünyaya gətirmək lazımdır" cavabını verib.

Müğənni isə "Siz kimsiniz? Vəkilliyinizlə məşğul olun, əgər o da varsa" deyərək, studiyanı tərk edib. AMİA.az