13 May 2024
Vaşinqton İsraildəki durumla bağlı narahatdır

Vaşinqton İsraildəki durumla bağlı narahatdır

27 Mart 2023
Baxış: 1177

ABŞ İsrail müdafiə naziri Yoav Qalantın istefası fonunda İsraildəki durumla bağlı “dərin narahatlığını” bildirib.

Bu barədə Ağ evin milli təhlükəsizlik şurasının nümayəndəsi məlumat verib.

O qeyd edib ki, Vaşinqton mümkün qədər tez kompromis tapmağı zəruri hesab edir.

Xatırladaq ki, martın 26-da gecə saatlarında Təl-Əviv və Qüdsdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasının elanında sonra kütləvi etiraz aksiyaları başlanıb.