15 May 2024
"Ukraynanın Xerson şəhərin ələ keçirmişik" - Rusiya Müdafiə Nazirliyi

"Ukraynanın Xerson şəhərin ələ keçirmişik" - Rusiya Müdafiə Nazirliyi

02 Mart 2022
Baxış: 443

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətinin mərkəzini işğal edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Xersonun mülki infrastrukturu, həyat təminatı obyektləri və şəhər nəqliyyatı gündəlik rejimdə işləyir”, - nazirlikdən bildirilib.

Ukrayna tərəfi Xerson şəhərinin itirildiyini təsdiqləməyib. Saat 10.37-də ölkənin müdafiə naziri Oleksiy Reznikov Xersonla bağlı şəhərin ciddi zərər çəkdiyini açıqlayıb. Bundan başqa, ötən gecə şəhər meri liman və vağzalın ələ keçirildiyini, lakin şəhərin hələ də Ukrayna ordusunun nəzarətində olduğunu bildirmişdi.(Report.az)